Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyi ilə “Naxçıvan Təlim Mərkəzi” PHŞ tərəfindən birgə icra olunan “Gənclərin Şəxsi İnkişaf Həftəsi” təlim proqramının dördüncü günündə könüllülərə layihələrin hazırlanması və icrası ilə bağlı bilgilər verilib, praktik bacarıqlar aşılanıb.
Sentyabrın 11-də Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Gülxanım Orucovanın təqdimatında “Layihələrin idarə edilməsi” mövzusunda reallaşan təlimdə iştirakçılara layihələrin hazırlanması, icrası, məqsədlərin müəyyənləşdirilməsi, resursların idarə edilməsi, komanda işinin təşkili və nəzarət mexanizmləri barədə nəzəri bilgilər ötürülüb. Könüllülər öyrəndiklərini interaktiv yarışmada tətbiq etməklə bacarıqlarını nümayiş etdiriblər. Gənclər qruplara ayrılaraq seçdikləri mövzular üzrə layihələr hazırlayıb təqdim ediblər. Ən yaxşı layihəni təqdim edən komandaya hədiyyələr təqdim edilib.
Qeyd edək ki, “Gənclərin Şəxsi İnkişaf Həftəsi” çərçivəsində sonuncu təlim sentyabrın 12-də keçiriləcək və layihədə iştiraka görə könüllülərə sertifikat təqdim olunacaq.